AQSİA-nın təşkilatçılığı ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” korporativ səhər yeməyi keçirildi
November 10, 2025AQSİA rəhbərliyi və sahibkarlar Liv Bona Dea Hospital ilə əməkdaşlıq imkanlarını müzakirə etdi
November 10, 2025Yeni filial bölgə sakinlərinə peşəkar psixoloji və nitq dəstəyi təqdim edəcək
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin üzvü Təranə Paşayevanın təsisçisi və direktoru olduğu “Loqos Psixoloji və Nitq Mərkəzi” Quba şəhərində yeni filial açılışı edib. Tədbirdə AQSİA İH sədri Səkinə Babayeva, sədr müavini Jalə Əmirbəyova, İdarə Heyəti üzvü Ulduz Xanlarova və digər üzvlər iştirak ediblər.
Çıxışında Səkinə Babayeva bildirib ki, üzvlərin uğuru sevindirici haldır və yeni mərkəzin Quba və ətraf bölgələrin sakinləri üçün faydalı işlər görəcəyinə inanır. AQSİA Təranə Paşayevanı bu münasibətlə təbrik edir və uğurlarının davamını arzulayır.



