AQSİA nümayəndə heyəti Vyetnamda Azərbaycan-Vyetnam Qadınlarının Biznes Forumunda iştirak edib
November 10, 2025AQSİA üzvü Təranə Paşayevanın “Loqos Psixoloji və Nitq Mərkəzi” Qubada yeni filial açdı
November 10, 2025Tədbir qadın sahibkarların şəbəkələşməsi və təcrübə paylaşımı üçün platforma yaratdı
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə müxtəlif sektorlarda fəaliyyət göstərən qadın sahibkarların iştirakı ilə “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyi keçirilib. Tədbirdə 80-dən çox sahibkar iştirak edib, iştirakçılar öz biznesləri barədə məlumat verərək təcrübələrini bölüşüblər.
Səhər yeməyi həm qadın sahibkarlar arasında əlaqələrin gücləndirilməsi, həm də qarşılıqlı əməkdaşlıq imkanlarının artırılması baxımından önəmli platforma rolunu oynayıb. Bu tədbir qadın sahibkarların şəbəkələşməsinə və işgüzar əlaqələrinin inkişafına böyük töhfə verib.



