AQSİA sədri Səkinə Babayeva “Rusiya–İslam dünyası: Kazan Forum 2023” Beynəlxalq İqtisadi Forumunda iştirak edib
November 10, 2025AQSİA-nın Vyetnam səfəri çərçivəsində Ha Giang şəhərində əməkdaşlıq konfransı keçirilib
November 10, 2025Səfər çərçivəsində AQSİA nümayəndələri və sahibkar qadınlar məktəb şagirdləri ilə görüşərək təhsil və mədəni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Vyetnama səfər çərçivəsində Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva və bir qrup sahibkar qadın Ha Giang əyalətinin Qiap Trunq qəsəbəsində yerləşən Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş məktəbə ziyarət edib.
Ziyarətdə Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə də iştirak edib. Tədbir çərçivəsində qonaqlar məktəbin şagirdləri ilə görüşüblər və onların təşkil etdiyi müxtəlif tədbirlərdə iştirak ediblər.
Ziyarət zamanı AQSİA nümayəndələri və sahibkar qadınlar məktəbin fəaliyyəti və uşaqların təhsil mühiti ilə yaxından tanış olublar, həmçinin Azərbaycan və Vyetnam arasında mədəni və təhsil əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.



