AQSİA üzvlərinin iştirakı ilə Cəlilabadda II Çiyələk Festivalı keçirildi
November 10, 2025AQSİA sədri Səkinə Babayeva və sahibkar qadınlar Vyetnamda Heydər Əliyev Fondunun məktəbini ziyarət ediblər
November 10, 2025Forum çərçivəsində Azərbaycan və Tatarıstan qadınlarının əməkdaşlığına dair memorandum imzalanıb


Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva 18–19 may tarixlərində Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Rusiya–İslam dünyası: Kazan Forum 2023” Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
Forumun ikinci günündə Rusiya Federasiyası Federasiya Şurası yanında Avrasiya Qadınlar Forumu Şurasının sədri Qalina Nikolaevna Karelovanın moderatorluğu ilə keçirilən “Sağlamlığa qənaət texnologiyaları və innovasiyalar. Qadınların töhfəsi” adlı paneldə Səkinə Babayeva ilə yanaşı bir sıra beynəlxalq ekspertlər iştirak ediblər.
Panelin spikerləri arasında Rusiya Səhiyyə Nazirliyinin Terapiya və Profilaktik Təbabət üzrə Tədqiqat Mərkəzinin direktoru Drapkina Oksana Mixaylovna, Moskva Elmi-Tədqiqat İnstitutunun direktoru Elena İvanovna Aksenova, UNIDO-nun sağlam həyat tərzi eksperti Al-Kauder Amal, BƏƏ Genetik Xəstəliklər Assosiasiyasının sədri Dr. Məryəm Fatma Matar, Bəhreyn Sahibkarlar Komitəsinin rəhbəri Lamiyə Mahmud, RosCongress Fondunun səhiyyə üzrə inkişaf üzrə birinci müavini Anastasiya Stolkova və Avrasiya Qadınlar Şurasının “Əczaçılıqda Qadınlar” Forumunun layihə koordinatoru Lyudmila Şerbakova da yer alıblar.
Səfər çərçivəsində Səkinə Babayeva həmçinin Rusiya Federasiyasının və Tatarıstan Respublikasının tanınmış mədəniyyət və dövlət xadimi, UNESCO-nun Tatarıstan üzrə nümayəndəsi, “Kazan Kremli” Dövlət Tarixi-Memarlıq və İncəsənət Muzeyi Qoruğunun direktoru Zilya Rahimovna Valeva ilə də görüşüb.
Görüşdə Tatarıstan və Azərbaycan qadınlarının qarşılıqlı əməkdaşlığı, dövlət dəstəyinin gücləndirilməsi, habelə gələcək birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılıb.
Tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb və bu sənəd iki ölkə qadınlarının sosial və iqtisadi inkişafında yeni əməkdaşlıq mərhələsinin əsasını qoyub.

