AQSİA rəhbərliyi Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva ilə görüşüb
November 10, 2025AQSİA üzvlərinin iştirakı ilə Cəlilabadda II Çiyələk Festivalı keçirildi
November 10, 2025Görüş Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin Qadınlar üzrə Agentliyi ilə Əhali Fondunun birgə həyata keçirdiyi proqram çərçivəsində baş tutub
Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən icra olunan “Gender yönümlü və çoxtərəfli əməkdaşlıq vasitəsilə davamlı inkişaf yolunda qadınların potensialının gücləndirilməsi və iqtisadi səlahiyyətləndirilməsi” layihəsi üzrə Xaçmaz və Bakı şəhərlərindən olan qadın sahibkarların şəbəkələşmə görüşü keçirilib.
Layihə rəhbəri açılış nitqində qeyd edib ki, layihə artıq yekunlaşmaq üzrədir və bu müddət ərzində onlarla qadının sahibkarlıq bacarıqlarının artırılmasına, həmçinin avadanlıqlarla təmin olunmasına nail olunub.
Daha sonra layihə benefisiarları və sahibkar qadınlar özlərini təqdim edərək bir sıra aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Öz çıxışında AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva vurğulayıb ki, son illərdə assosiasiya tərəfindən regionlarda kiçik sahibkar qadınların maarifləndirilməsi məqsədilə 100-dən çox təlim həyata keçirilib və qadınların bizneslərini gücləndirmək üçün onlar avadanlıqlarla təmin olunublar.



