AQSİA “Woman Bazaar – Dayanıqlı İnkişaf Festivalı”nda sahibkar qadınları dəstəkləyib
November 10, 2025AQSİA Heyəti Həştərxanda Heydər Əliyev adına məktəbi ziyarət edib və qadın sahibkarlığının inkişafı mövzusunda görüşlər keçirib
November 10, 2025Səfər çərçivəsində qadın sahibkarlar arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib



12-15 oktyabr 2023-cü il tarixində Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və xanımı Sibel Tatar Azərbaycanda səfərdə olublar. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşəbbüsü ilə Bakıda keçirilən görüşlərdə bir neçə dövlət qurumunun rəhbərləri ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib.
AQSİA xanım Sibel Tatar və heyəti üçün şam ziyafəti təşkil edib. Ziyafət zamanı çıxış edən xanım Sibel Tatar Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayevanın qadın sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında əvəzsiz rol oynadığını və 2022-ci ildən etibarən iki ölkənin qadın sahibkarları arasında əməkdaşlıq görüşlərinin başladığını vurğulayıb.

