İzmirdə MİDOFMED Biznes Forumu keçirilmişdir
November 8, 2025AQSİA “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” layihəsinin konfransında iştirak edib
November 8, 2025İdarə Heyətinin sədri Səkinə Babayeva qadınların kompyuter biliklərinin artırılması, online satış bacarıqlarının inkişafı və Qarabağ bölgəsində təlimlərin təşkili istiqamətində AQSİA-nın təşəbbüslərini təqdim edib.



24 -25 yanvar 2024 – cü il tarixlərində Fairmont otelində dəyirmi masa arxasında Qeyri-Tarif Tədbirləri və Xidmət Ticarətinin Qaydaları ilə Bağlı Maraqlı Tərəflərlə məsləhətləşmələr keçirilib.
AQSİA İH sədri Səkinə Babayeva öz çıxışında 2017-ci ildən bəri davam edən AQSİA-nın hədəflərindəki əsas məqsədlərindən birinin cəbhə yanı bölgələrdə qızlarımızın, qadınlarımızın kompyuter biliklərinin artırılmasını təmin etmək, onlara xususi təlimləri verərək bacarıqlarını artırmaq, evdən çalışan xanımlar üçün online satışın gücləndirilməsi, təhsil sahəsində online platformaların öyrədilməsinin olduğunu vurğulamışdır. Bu, günümüzdə böyük əhəmiyyət kəsb edən və ən vacib məsələlərdən biridir. Bunlarla bərabər yaxın gələcəkdə xaricdən yeni kompyuter modelləri ölkəyə gətirərək, daxili netvörkingin artırılması və qadınlar arasında inteqrasiyanın artırılması üçün öz təşəbbüslərimizi artırmağa və qadınların ilk təlimlərə (hansıki bunlar öyrədici və biznes təlimləridir) qatılmalarına kömək etməyə hazır olduğunu bildirib. Hazırda Qarabağ bölgələrində də həmçinin , öyrədici və biznes təlimlərinin keçiriliməsini davam etdirməyi düşündüyü və bu istiqamətdə işlər gördüyünü də qeyd edib.

