AQSİA Qeyri-Tarif Tədbirləri və Xidmət Ticarəti üzrə məsləhətləşmələrdə iştirak edib
November 8, 2025“Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib
November 8, 2025Səkinə Babayeva qadın sahibkarların təhsil sektorunda rolunun artırılması və sahibkarlıq sahəsində görülən işlər barədə çıxış edib, Avropa universitetləri ilə təcrübə mübadiləsi aparılıb.

22-23 yanvar 2024-cü il tarixlərində Bakı Biznes Universitetində AQSİA-nın iştirakçısı olduğu, Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə həyata keçirilən “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” Eramus+ layihəsi çərçivəsində “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı” baş tutub. Konfransda Azərbaycanın 20-dən çox ali təhsil müəssisələrinin, həmçinin layihə konsorsiumunun üzvü olan İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşanın nüfuzlu universitetlərinin nümayəndə heyəti iştirak edib.
Açılış nitqi ilə konfransı açıq elan edən Bakı Biznes Universitetinin rektoru i.e.d.,prof. İ.M.Abbasov konfrans iştirakçılarını salamlayaraq layihənin əhəmiyyətini vurğulayaraq inkişaf etmiş ölkələrdə geniş yayılan sahibkar universitetlər modelinin ölkəmizin ali təhsil mühitinə inteqrasiyasını mütərəqqi hal kimi qiymətləndirdiyini bildirdi. Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov çıxış edərək konfrans iştirakçılarını sözügedən layihənin sahibkarlıq təfəkkürünün inkişaf etdirilməsi, innovasiya ekosiseminin gücləndirilməsi və layihənin geniş tətbiqi imkanları haqqında danışıb.
Konfransda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva çıxış edərək sahibkarlıq sahəsində görülən işlər və təhsil sektorunda qadın sahibkarların sayının artırılması üçün gələcək planlar haqqında məlumat verdi.
Konfransın ikinci günündə isə Avropanın tərəfdaş universitetlərindən dəvət olunan qonaqlar “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə: Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurrikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, “İnnovasiyaların kommersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası” mövzularında təqdimatlar edərək panel müzakirələrini həyata keçirdilər. Tədbirin sonunda sual-cavab sessiyası baş tutub.

