AQSİA üzvləri KOBİA rəhbərliyi ilə işgüzar görüş keçirib
March 9, 2026“Parlayan Qadınlar” Gala Gecəsi Keçirildi
March 14, 2026AQSİA-nın təşkilatçılığı ilə keçirilən görüşdə gənc qadınların sahibkarlıq fəaliyyəti və karyera inkişafı imkanları müzakirə olunub.
**Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası**nın (AQSİA) təşkilatçılığı ilə **Naxçıvan Dövlət Universiteti**ndə tələbə xanımlar üçün sahibkarlıq və karyera imkanlarına həsr olunmuş görüş keçirilib.
Görüşün əsas məqsədi tələbə xanımların sahibkarlıq sahəsində maarifləndirilməsi, onların karyera planlaşdırma bacarıqlarının inkişafına dəstək göstərilməsi və qadınların biznes mühitində rolunun təşviqi olub.
Tədbirdə **Naxçıvan Dövlət Universiteti**nin prorektoru Aidə xanım iştirak edərək belə təşəbbüslərin tələbələrin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, universitet rəhbərliyi tələbələrin təşəbbüskarlıq fəaliyyətini hər zaman dəstəkləyir və gənclərin yeni ideyalarla çıxış etməsi üçün geniş imkanlar yaradılır.
Görüş çərçivəsində AQSİA-nın Protokol və Beynəlxalq Əlaqələr Şöbəsinin rəhbəri, **Innovative Brands Group MMC**nin təsisçisi Günay Həsənli assosiasiyanın fəaliyyəti, həyata keçirilən layihələr və gənclər üçün yaradılan imkanlar barədə geniş məlumat verib.
O, qadınların sahibkarlıq fəaliyyətində fəal iştirakının əhəmiyyətindən danışaraq tələbə xanımları bu istiqamətdə daha təşəbbüskar olmağa, öz ideyalarını reallaşdırmaq üçün yeni imkanlardan yararlanmağa çağırıb.
Belə görüşlərin gənclərin biznes mühitinə inteqrasiyası, onların liderlik bacarıqlarının inkişafı və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
A meeting dedicated to entrepreneurship and career opportunities for female students was held at Nakhchivan State University, organized by the Association for the Development of Women’s Entrepreneurship in Azerbaijan (AQSIA).
The main purpose of the meeting was to raise awareness among female students about entrepreneurship, support the development of their career planning skills, and promote the role of women in the business environment.
During the event, Aidə xanım, Vice-Rector of Nakhchivan State University, emphasized that such initiatives play an important role in the personal and professional development of students. She noted that the university administration consistently supports students’ entrepreneurial initiatives.
Within the framework of the meeting, Günay Həsənli, Head of the Protocol and International Relations Department of AQSIA and founder of Innovative Brands Group MMC, provided information about the association’s activities, implemented projects, and opportunities created for young people.
She highlighted the importance of women’s active participation in entrepreneurship and encouraged students to become more proactive in this field and to take advantage of the opportunities available to realize their ideas.







