AQSİA-nın Uzaq Şərqdən olan tərəfdaşları Bakıdadır
November 28, 2025AQSİA Novruz ərəfəsində sahibkar qadınlarla görüş keçirib
November 28, 2025Ölkə başçısının məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında fərmanından irəli gələn vəzifələr çərçivəsində Azərbaycanda mediasiya institutunun inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir. Artıq yeni yaradılan mediasiya təşkilatlarının ictimai açılışlarına başlanılıb.
17 mart 2022-ci il tarixində Bakı 2 saylı Mediasiya Təşkilatının ictimai təqdimatı keçirilib. Tədbirdə Mediasiya Şurasının sədri Nadir Adilov, Azərbaycan Hakimlər Assosiasiyasının sədri Əlləddin Cəfərov, Mediasiya Şurasının idarə heyətinin üzvü Sima Yaqubova, yazıçı Varis, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin nümayəndəsi, eləcə də digər ictimai nüfuzlu şəxslər iştirak ediblər.
Qonaqlar Bakı 2 saylı Mediasiya Təşkilatının 5 yanvar 2022-ci ildən bu günə qədər gördüyü işlərlə tanış olublar. Təşkilatın sədri İlhamə Həsənova bildirib ki, Bakı şəhəri, Xan Şuşinski 158 ünvanında yerləşən ofis mediasiya proseslərinin keçirilməsi üçün yüksək şəraitlə təmin edilib və hazırda təşkilatda 25 mediator fəaliyyət göstərir.
Təqdimat zamanı məlum olub ki, Bakı 2 saylı Mediasiya Təşkilatına daxil olan işlərin əhəmiyyətli hissəsi barışıq sazişləri və tam mediasiya sessiyaları vasitəsilə uğurla həll olunub. Çıxış edən qonaqlar mediasiya institutunun məhkəmə-hüquq islahatlarına, mübahisələrin azaldılmasına və səmərəli həllinə böyük töhfə verəcəyinə inandıqlarını bildirərək, təşkilata uğurlar arzulayıblar.


