Bakıda 6-cı Azərbaycan–Gürcüstan–Türkiyə Biznes Forumu keçirilib
November 28, 2025İstanbulda Türkdilli Ölkələrin İqtisadiyyat və Sənaye Konfransı işə başladı
November 28, 2025Səkinə Babayeva Komitənin sədri seçilib; qərar Türk Şurasına üzv ölkələrin qadın sahibkarlarının səsverməsi ilə təsdiqlənib
Bu il noyabrın 11-də Türk Ticarət və Sənaye Palatasının “Türk Biznes Forum”u çərçivəsində Qadın Sahibkarlar Komitəsinin birinci iclası keçirilib. Komitənin missiyası ixtisaslı qadın sahibkarların müəyyənləşdirilməsi, güclü qadın cəmiyyətinin formalaşdırılması, üzv ölkələrdə qadın sahibkarlığının potensialının artırılması və qadınlar arasında sahibkarlıq mədəniyyətinin inkişaf etdirilməsindən ibarətdir.
Noyabrın 10-da təşkil olunan Türk Ticarət və Sənaye Palatasının 3-cü Baş Assambleyasında Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev Türk dünyası Qadın Sahibkarlar Komitəsinə sədrliyin Azərbaycana verilməsi təşəbbüsünü irəli sürüb. Təşəbbüs Palatanın dönəm sədri, TOBB prezidenti Rifat Hisarcıklıoğlu tərəfindən dəstəklənib. Çıxışlar zamanı son illər Azərbaycanda qadın sahibkarlığının sürətlə inkişaf etdiyi və bu dinamikanın Türk dünyasında qadın sahibkarlığının güclənməsinə mühüm töhfə verəcəyi qeyd olunub.
Komitəyə Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayevanın namizədliyi irəli sürülüb. Türk Şurasına üzv ölkələrdən olan qadın sahibkarların iştirakı ilə keçirilən səsvermə nəticəsində Səkinə Babayeva 2 il müddətinə Komitənin sədri seçilib.
Qeyd edək ki, 2020-ci il 24 noyabr tarixində Türk Ticarət və Sənaye Palatasının onlayn keçirilən 2-ci Baş Assambleyasında Palata nəzdində Qadın və Gənc Sahibkarlar Komitələrinin yaradılması barədə razılıq əldə olunmuşdu.



