AQSİA Avropa İttifaqı nümayəndə heyəti ilə görüş keçirib
November 28, 2025Azərbaycan-Pakistan Biznes Forumunda İkitərəfli Əməkdaşlıq Müzakirə Olundu
November 28, 2025Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. Şuranın formalaşdırılması üçün keçirilən seçkilərdə 15 vətəndaş cəmiyyəti institutunun nümayəndəsi üzv seçilib.
İclas zamanı KOBİA yanında İctimai Şuranın gələcək fəaliyyəti və 2023-cü il üzrə Tədbirlər Planı müzakirə olunub, şura üzvlərinin təklifləri dinlənilib.
Seçilən üzvlər arasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da yer alıb.
AQSİA üzvləri və əməkdaşları adından sədrimiz təbrik olunub, assosiasiyanın fəaliyyəti və qadın sahibkarlığının inkişafına verdiyi töhfələrə görə minnətdarlıq ifadə edilib.



