AQSİA və Qazaxıstan fondu arasında əməkdaşlıq memorandumu imzalandı
November 28, 2025Caspian Agro 2022 və InterFood sərgilərində “Qadın Qüdrəti” paneli keçirilib
November 28, 2025Göyçayda qadınların iqtisadi gücünün artırılması məqsədilə tədbir keçirilib
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Gələcək naminə” İctimai Birliyi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) və Göyçay Qadın Resurs Mərkəzinin birgə əməkdaşlığı ilə “Regionlarda qadınların iqtisadi gücünün artırılması” layihəsinə start verilib.
Mayın 20-də Göyçayda keçirilən tədbirdə kənd təsərrüfatı, xidmət və ticarət sahələrində fəaliyyət göstərən 100-ə yaxın sahibkar qadın iştirak edib. Tədbirin məqsədi regionlarda sahibkar qadınların fəaliyyətini dəstəkləmək, dövlət dəstəyi imkanları barədə məlumat vermək, işgüzar əlaqələri genişləndirmək və şəbəkələşməni təşviq etmək olub.
Tədbir çərçivəsində qadınların əl işlərindən ibarət sərgi təşkil olunub, sahibkar qadınların ehtiyacları dinlənilib və onlara köməklik göstərilməsi üçün tapşırıqlar verilib. Həmçinin, layihə iştirakçıları üçün müəssisə turu təşkil olunub, ekoloji qida istehsalının əhəmiyyəti və istifadə qaydaları müzakirə edilib. Layihə çərçivəsində sahibkar qadınlara mentorluq dəstəyi də göstərilməsi nəzərdə tutulur.
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva layihə çərçivəsində həmçinin şəhid və qazi ailələri ilə görüşərək onları maraqlandıran məsələlərin həllində dəstək göstərəcəyinə söz verib.


