Zaqatalada “Dayanıqlı inkişaf yolunda qadınların iqtisadi gücləndirilməsi və gender bərabərliyinin təşviqi” layihəsinin bağlanışı keçirilib
November 28, 2025Sumqayıtda “Daşkənddən Qarabağa könül körpüsü” tədbiri keçirilib
November 28, 202519 dekabr tarixində Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 7-ci iclası keçirilmişdir.
İclasda Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva də iştirak etmişdir.
Tədbir çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması haqqında Saziş imzalanmışdır. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əl Dakhil imzalayıblar.
Yeni yaradılan şura hər iki ölkədən biznes icmalarının nümayəndələrini bir araya gətirəcək, sahibkar təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin, seminar və dəyirmi masaların təşkilinə, həmçinin biznes dairələri arasında informasiya mübadiləsinə imkan yaradacaqdır.


