Bakıda “Çağırışın 17 siması” Fotosərgisi Açılıb
November 28, 2025“Müstəqil Azərbaycan və Qadınlar” Mövzusunda Tədbir Keçirilib
November 28, 2025Forumda yüksək vəzifəli nümayəndələr və AQSİA sədri Səkinə Babayeva iştirak edib
Bakıda 15-ci Verona Avrasiya İqtisadi Forumu keçirilib. Tədbirdə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya baş nazirinin müavini Aleksey Overçuk, hər iki ölkənin iqtisadiyyat nazirləri Mikayıl Cabbarov və Maksim Reşetnikov, eləcə də digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Forumda qarşılıqlı iqtisadi əməkdaşlıq, nəqliyyat və iqtisadi məsələlər, ölkələr qarşısında dayanan çağırışlar, qlobal problemlər və iqlim dəyişiklikləri müzakirə olunub. Eyni zamanda, bu problemlərin həllində “yaşıl” texnologiyaların və rəqəmsallaşmanın rolu önə çıxarılıb.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da forumda iştirak edərək qadın sahibkarların iqtisadi əməkdaşlıqda rolunu diqqətə çatdırıb.



