AQSİA sədri Səkinə Babayeva Caspian Energy Forumun xüsusi sessiyasında iştirak edib
November 28, 2025Azərbaycan və Özbəkistan qadın sahibkarları əməkdaşlıq memorandumu imzalayıb
November 28, 2025Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində tibb biznesində perspektivlər və çətinliklər müzakirə olunub
KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasının dəstəyi ilə “Tibb biznesində perspektiv imkanlar” mövzusunda ictimai müzakirə keçirilib.
Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, tibb sahəsində fəaliyyət göstərən iş adamları və biznes assosiasiyalar iştirak edib. Müzakirələrdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edərək, qadın sahibkarların bu sahədə rolunu və perspektiv imkanlarını diqqətə çatdırıb.
Sessiya çərçivəsində Səhiyyə Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Tədbirdə tibb biznesi sahəsində sahibkarların qarşılaşdıqları çətinliklər və inkişaf imkanları müzakirə olunub, suallar aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən cavablandırılıb.


