AQSİA sədri Səkinə Babayeva Özbəkistanda beynəlxalq dəyirmi masada iştirak edib
November 28, 2025“Qızların peşə seçiminə hazırlıq” mövzusunda onlayn maarifləndirmə tədbiri keçirilib
November 28, 2025Mayın 25-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin son bir ilin hesabatı üzrə iclası baş tutub. İclasda yeni üzvlər haqqında məlumatlandırma, rəsmi web portalının təqdimatı, sahibkarların qarşılaşdıqları problemlər və onların həll yolları müzakirə olunub.
İclasda İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri Mətanət Ağamirli AQSİA-nın İcraçı katibi vəzifəsinə təyin edilib. Həmçinin, Kontinental şirkətinin təsisçisi, tibb üzrə fəlsəfə doktoru Afət Həsənli İdarə Heyətində boş olan yerə namizədliyi irəli sürülüb və iclas iştirakçılarının yekdil qərarı ilə İdarə Heyətinə üzv seçilib.



