Türkiye-Azerbaycan Kadın Girişimciler İş Forumu TOBB Plaza’da gerçekleştirildi
November 28, 2025“KOBİA-nın dəstəyi ilə tikinti biznesi mövzusunda ictimai müzakirə keçirilib”
November 28, 2025Bu gün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən “Təlim və Konsaltinq” komissiyasının növbəti tədbiri təşkil olunub. Karvannews.com-un məlumatına görə, tədbir səhər yeməyi ilə başlayıb.
AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında yeni üzvləri təqdim edərək onlara uğurlar arzulayıb və AQSİA-nın fəaliyyəti, məqsədləri barədə geniş məlumat verib. Tədbirdə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası”ndan Xarici ticarət və korporativ məsləhət xidmətlərinin sədri Atakan Yıldız və Kenan Oran da iştirak ediblər.
Komissiyanın üzvləri – Hüquq Bürosu MMC, Business Service Center, JSM Consulting, Y-Lex Consulting MMC və AftF Consulting – öz fəaliyyətləri və qanunvericilikdəki yeniliklər haqqında məlumat veriblər. Tədbir sual-cavablarla, komissiyanın bu il üçün planlarının müzakirəsi ilə davam edib. Əsas məqsəd kimi komissiyanın üzvlərinin sayının artırılması və qadın sahibkarlara dəstəyin gücləndirilməsi vurğulanıb.
Fəxri qonaqlar arasında “AccessBank” və “Atəşgah” Sığorta şirkətləri də iştirak edib.
Qeyd edək ki, AQSİA 2017-ci ildə ölkədə fəaliyyət göstərən qadın sahibkarların təşəbbüsü ilə təsis olunub və 2017-ci il dekabrın 22-də dövlət qeydiyyatına alınıb. Qurumun əsas məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək verməkdir və bu günə qədər bir çox uğurlu yerli və beynəlxalq layihələr həyata keçirib.


