Milli Məclisdə “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib
November 28, 2025Səkinə Babayeva KOBİA yanında İctimai Şuraya üzv seçilib
November 28, 2025Ötən gün “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” (EU4GE) layihəsindən nümayəndə heyəti – Dilara Büyüktaş, Filiz Cecen və Fərid Malikov – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) ilə görüşüb.
Görüşdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və assosiasiyanın əməkdaşları iştirak ediblər. Müzakirələr zamanı Avropa İttifaqı, BMT və bir sıra beynəlxalq təşkilatlarla AQSİA tərəfindən indiyədək icra edilmiş layihələr barədə fikir mübadiləsi aparılıb, gələcək birgə layihələrin icrası imkanları müzakirə olunub.
Səkinə Babayeva çıxışında AQSİA-nın layihələrində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslandığını vurğulayıb və assosiasiyanın genderyönümlü layihələrin icrasında hər zaman maraqlı olduğunu bildirib.


