AQSİA növbəti yardım aksiyasını həyata keçirib
November 22, 2025Qadın sahibkarlar Ümumdünya Qan Donoru Günündə xeyriyyə aksiyasına dəstək oldular
November 22, 2025AQSIA-nın sədri “İlin iş adamı” mükafatına layiq görülüb


Dəyərli izləyicilərimiz!
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının (TDABƏA) İdarə Heyətinin qərarı ilə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva ilin mükafatına layiq görülüb.
Səkinə Babayeva Türk dünyası mədəniyyətinə və iqtisadiyyatına, həmçinin Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə TDABƏA-nın fəxri doktoru seçilib.
Eyni zamanda, mükafat komitəsinin qərarı ilə Səkinə Babayeva “İlin iş adamı” nominasiyasına layiq görülərək 2019-cu il ərzindəki uğurları ilə Türk Dünyasında bu prestijli mükafata sahib olub.
Qeyd edək ki, Səkinə Babayeva TDABƏA tərəfindən Azərbaycandan xanım olaraq bu mükafatı alan ilk şəxsdır.

