AQSİA üzvləri üçün “Emosional İntellekt” təlimi keçirilib
November 22, 2025AQSİA 2020-ci ildə üzv olan qadın sahibkarlarla görüş keçirib
November 22, 2025Sabunçu rayonunda evləri ziyan görmüş ailələr AQSİA və sahibkarların köməyi ilə yenidən təmin olunub
İyulun 6-da Sabunçu rayonu, Ramana Südçülük savxozu yeni yaşayış massivində qısaqapanma nəticəsində yanğın hadisəsi baş vermiş, vətəndaş Cabbarov Alim Nəcəf oğlunun evi tamamilə yanmış, yaxınlıqda yerləşən iki qonşunun evinin dam örtüyü isə yararsız hala düşmüşdür.
Zərərçəkmiş ailələr dəstək almaq məqsədilə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA) İctimai Birliyinə müraciət ediblər. AQSİA-nın təşkilatçılığı, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyi və bir neçə sahibkarın birgə əməkdaşlığı nəticəsində yanmış ev yenidən tikilmiş və qonşu evlərin dam örtükləri bərpa olunmağa başlanmışdır.
Avqustun 18-də AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva, qurumun həmtəsisçisi Cəmilə Abdullayeva, Assosiasiyanın Sosial məsələlər komissiyasının sədri Gülnarə Xəlilova, üzv Fərəh Hüseynli və Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerində olub, ailələrlə görüşərək vəziyyətlə maraqlanıblar.
AQSİA-nın sədri Səkinə Babayeva vurğulayıb ki, “xalqımızın nəcib ənənələrini yaşatmaq məqsədimiz, həyat amalımız olmalıdır”, və vətəndaş cəmiyyətinin hər zaman insanların yanında olduğunu qeyd edib.



