AQSİA-nın təşəbbüsü ilə Xocalı məcburi köçkün uşaqlarına sünnət xeyriyyə aksiyası keçirilib
November 22, 2025AQSİA-nın yeni tərkibdə ilk iclası keçirilib
November 22, 2025Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə AQSİA üzvləri hədiyyə və sovqatlarla ziyarətə gəlib


Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Ümid” uşaq sığınacaq evinin balaca sakinlərini ziyarət edib.
Ziyarət zamanı AQSİA üzvləri uşaqlara hədiyyə və sovqatlar təqdim edərək onların sevincinə səbəb olublar. Tədbir həm uşaqların sosial rifahına dəstək olmaq, həm də onları xoşbəxt etmək məqsədi daşıyıb.
AQSİA təşəkkürünü bildirir və belə nəcib aksiyalarda iştirak edən üzvlərinə xüsusi minnətdarlığını çatdırır.

