Gülnarə Xəlilova “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” mükafatına layiq görüldü
November 21, 2025Səkinə Babayeva: “Qadın sahibkarlığını 32 faizdən 50 faizə qaldırmağı hədəfləyirik”
November 21, 2025Tədbirdə beynəlxalq təcrübə, vergi islahatları və sahibkarlığın inkişafında dövlət–özəl sektor əməkdaşlığı müzakirə olunub


17 dekabr 2019-cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sahibkarlığın inkişafında vergi siyasəti: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da iştirak edib.
Tədbirdən əvvəl Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüb. Görüş zamanı universitetlər arasında əməkdaşlıq imkanları müzakirə olunub, birgə elmi tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi və elmi konfransların təşkili barədə fikir mübadiləsi aparılıb. Tərəflər əməkdaşlıq memorandumu imzalanması haqqında razılığa gəliblər.
Daha sonra UNEC-in professor-müəllim heyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin rəsmilərinin, dövlət qurumlarının rəhbərlərinin, biznes nümayəndələrinin və elm adamlarının iştirakı ilə dəyirmi masa öz işinə başlayıb. UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması departamentinin direktoru Zahid Məmmədov əmək bazarının tələblərinə uyğun kadr hazırlığının vacibliyini vurğulayaraq, elm–təhsil–biznes əlaqələrinin gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, UNEC-də müxtəlif istiqamətlər üzrə elmi tədqiqat mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Tədbirdə “Carlsberg Azerbaijan” şirkətinin baş direktoru Vyaçeslav Malçev şirkətin fəaliyyəti ilə bağlı təqdimatla çıxış edərək, dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsini yüksək qiymətləndirib. Azərbaycanda iqtisadi əməkdaşlıq sahəsində atılan addımların işgüzar mühitin inkişafına töhfə verdiyini bildirib.
İqtisadiyyat Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva çıxışında ölkədə vergilər sahəsində həyata keçirilən islahatlardan bəhs edib. O, mikro və makro sahibkarlığın inkişafında stimullaşdırıcı vergi tədbirlərini, KOS subyektlərinə dövlət dəstəyinin gücləndirilməsini, eləcə də klasterləşmə prosesini ətraflı izah edib. Nazirlik rəsmisi kölgə iqtisadiyyatı ilə mübarizə məqsədilə vergi siyasətində yeni istiqamətlərin müəyyən edildiyini və islahatların sahibkarların inzibatçılıq yükünün azaldılmasına yönəldiyini vurğulayıb.
Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutunun aparıcı elmi işçisi İlya Sokolov öz çıxışında dövlət–özəl sektor əməkdaşlığında beynəlxalq təcrübəni təqdim edib.
Tədbir müzakirələrlə davam edib. Görüşdə yeni məcəllələrin hazırlanmasında elmi müəssisələrin iştirakının vacibliyi, vergi hüquqpozmalarının qarşısının alınmasında beynəlxalq təcrübədən istifadə, startaplara güzəştli vergi tətbiqləri və digər təkliflər səsləndirilib.

