AQSİA gənc ailələr üçün psixoloji maarifləndirmə layihəsini uğurla başa çatdırdı
November 21, 2025Türkdilli Dövlətlərin Biznes və İnvestisiya Forumu Daşkənddə keçirilib
November 21, 2025AQSİA sədri Səkinə Babayeva konfransda iştirak edib və sərgini ziyarət edib
11 oktyabr 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Dövlət Komitəsində “Türk dünyasının qadını – keçmişdən bu günə” mövzusunda beynəlxalq konfrans təşkil olunub.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva, Azərbaycan Respublikasının millət vəkilləri, AMEA nümayəndələri və bir sıra dövlət qurumlarının qadın nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədri Hicran Hüseynova türk dünyasının qadınlarının ailədə və cəmiyyətdə rolundan danışaraq, qadınların tarixdə və bu gün də mühüm yer tutduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan qadını hər zaman elm, təhsil və mədəniyyət sahələrində uğurlar qazanaraq, Şərqdə qadına ilk dəfə seçki hüququ verilməsini mümkün etmişdir.
Hicran Hüseynova həmçinin 11 oktyabrın Beynəlxalq Qızlar Günü olduğunu xatırladaraq, gender bərabərliyinin ölkəmizdə prioritet istiqamət olduğunu və qadın hüquqlarının yüksək səviyyədə qorunduğunu qeyd edib. Qadınların ictimai-siyasi həyatda fəal iştirakına diqqət çəkilib.
Konfrans iştirakçıları AQSİA üzvləri və türkdilli dövlətlərdən olan qadınların əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi türk dünyasının qadınlarının yaradıcılıq potensialını nümayiş etdirib və tədbirin əhəmiyyətini artırıb.



