Sahibkarlarla məhkəmə-hüquq islahatları müzakirə edilib
November 21, 2025“AQSİA” dəstəyi ilə “Həkimlər valideynlərin dili ilə” layihəsinin ilk görüşü keçirilmişdir
November 21, 2025Səkinə Babayeva AQSİA-nın fəaliyyəti və KSM-in əhəmiyyəti barədə çıxış edib
11 may 2019-cu il tarixində CSR Azerbaijan, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, KSSD Türkiyə və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Korporativ Sosial Məsuliyyət (KSM) mövzusunda interaktiv seminar keçirilib.
Seminar ölkəmizdə PR və marketinq sahəsində çalışan mütəxəssislərin, şirkət rəhbərlərinin və QHT nümayəndələrinin böyük marağı ilə qarşılanıb. Tədbirdə “KSM nədir, nə deyil?” mövzusu ətrafında nəzəri və praktiki biliklər paylaşılıb, ölkədə bu sahənin inkişafına dəstək məqsədilə maarifləndirmə işləri aparılıb. Seminarı KSSD Türkiyənin qurucusu, CSR Avropa üzvü və beynəlxalq təlimçi Serdar Dinler keçirib.
Tədbirdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva da çıxış edib. S. Babayeva assosiasiya haqqında qısa məlumat verərək KSM-in önəmi və onun sahibkarlıq və ictimai sektor üçün faydalarından danışıb, iştirakçılara uğurlar arzulayıb.



