Yeni Azərbaycan Partiyasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
November 12, 2025İcma inkişafı layihələrinin nailiyyətləri Dördüncü İllik Konfransda müzakirə edilib
November 12, 2025Sərgidə qabaqcıl texnologiyalar, dövlət dəstəyi mexanizmləri və yerli məhsullar nümayiş etdirilib
Dekabrın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Xaçmazda bağçılığın inkişafına dair regional sərgi həyata keçirilib. Tədbir bağçılıq sahəsində qabaqcıl təcrübənin paylaşılması, sahəyə göstərilən dövlət dəstəyi mexanizmlərinin sahibkarlara çatdırılması, eləcə də istehsal, emal, saxlanma və logistika üzrə dəyər zəncirinin yaradılması məsələlərinə həsr olunub.
Sərgi iştirakçıları əvvəlcə bağçılıq sahəsində tətbiq olunan qabaqcıl texnologiyalar və avadanlıqlar, regionda fəaliyyət göstərən sahibkarların istehsal etdikləri məhsullarla tanış olublar.
Qeyd edək ki, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva AQSİA-nın fəaliyyəti, rəqabət qabiliyyətli Azərbaycan məhsullarının istehsalının artırılması və ixracının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.



