Bilik Fondu və AQSİA arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb
November 12, 2025Bakıda “Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda yeni üfüqlər” mövzusunda beynəlxalq simpozium keçirilib
November 12, 2025Təlim “Qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələnməsi” proqramı çərçivəsində təşkil olunub
Oktyabrın 24-də Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Çəmiyyəti ilə birgə “Qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqi və peşəkar şəbəkələnməsi” proqramı çərçivəsində Daşkəsən rayonunda fəaliyyət göstərən sahibkar qadınlar üçün məlumatlandırıcı kouçinq təlimi keçirilib.
Təranə Cəfərova tərəfindən aparılan təlimin əsas məqsədi qadınların özünü kəşf etməsi, dəyər və məqsədini bilməsi, həmçinin fəaliyyət planının hazırlanması bacarıqlarının artırılması olub. Təlim Daşkəsən şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub və 25 sahibkar qadın iştirak edib.
Təlimdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının Regionlarla işinin Təşkili Komissiyasının rəhbəri Kəmalə Məmmədli də iştirak edib.



