AQSİA rəhbərliyi Tovuzda sahibkar qadınların istehsal müəssisələri ilə tanış olub
November 12, 2025AQSİA bir sıra QHT-lərlə əməkdaşlıq istiqamətində memorandumlar imzalayıb
November 12, 2025Assosiasiya rəhbərliyi və üzvləri qadın sahibkarlığın inkişafı və gələcək layihələr barədə məlumat verib


AQSİA-nın sədri, departament rəhbərləri və assosiasiyaya üzv olan təşkilat rəhbərlərinin iştirakı ilə Gəncədə sahibkar qadınlar və ictimaiyyətlə görüş baş tutub.
AQSİA-nın sədri Səkinə Babayeva tədbir iştirakçılarını salamlayaraq, günümüzdə qadın sahibkarlığı və onun inkişafı, assosiasiyanın təsis olunması məqsədi və gələcək planlar, layihələr haqqında geniş məlumatlar verib. AR İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax regional bölməsinin müdir müavini Orxan İbrahimov sahibkarlığın inkişafı üçün həyata keçirilən dövlət proqramları, islahatlar haqqında məlumat verib.
AQSİA-nın icraçı direktoru indiyə kimi görülən işlər haqqında hesabat xarakterli təqdimat edib. Xidmət departamentinin rəhbəri Təranə Məmmədova, Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Günel Məmmədhəsənova, Sosial iş Departamentinin rəhbəri Gülnarə Xəlilova, İnvestisiya və Qrantlar şöbəsinin müdiri Sevda Nəcəfova, İstehlakçılarla iş şöbəsinin müdiri Ulduz Xanlarova cari istiqamətlər üzrə planlardan danışaraq, Gəncənin sahibkar xanımlarını da fəaliyyətdə yaxından iştiraka dəvət ediblər.

