“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində növbəti təlim və mentorluq görüşü keçirilib
November 11, 2025AQSİA nümayəndələri Bakı KOB Evi ilə görüşüb
November 11, 2025Forum aqrobiznesin inkişaf perspektivləri və sahibkarlara maliyyə dəstəyi imkanlarının müzakirəsinə həsr olunub
Bakıda keçirilən 2-ci **“Aqrobiznesin İnkişafı Forumu”**nda AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və assosiasiyanın bir sıra üzvləri iştirak ediblər. Tədbir Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən təşkil olunub.
Forumun əsas məqsədi aqrobiznesin inkişafında rol oynayan dövlət qurumları, biznes subyektləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirərək mövcud vəziyyəti, imkanları, beynəlxalq və yerli təcrübələri müzakirə etmək, həmçinin aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox sahibkarın faydalanması üçün addımların müəyyənləşdirilməsi olub.
Tədbir çərçivəsində müxtəlif mövzularda panel müzakirələr təşkil edilib, aqrar sahənin inkişafına töhfə verən sahibkarlar mükafatlandırılıb. Forum, həmçinin iştirakçılar arasında təcrübə mübadiləsi və əlaqələrin gücləndirilməsi üçün platforma rolunu oynayıb.


