AQSİA İH sədri Səkinə Babayeva Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Naxçıvana səfər edib
November 11, 2025AQSİA “İqtisadiyyatda Həmrəy Qadınlar” adlı korporativ səhər yeməyi tədbiri keçirib
November 11, 2025Görüşdə İctimai Şuranın fəaliyyəti, “İctimai iştirakçılıq haqqında” Qanunun icrası və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə keçirilən görüşdə iştirak edib.
Görüşdə İctimai Şuranın məqsəd və vəzifələri, “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilən fəaliyyətlər, eləcə də Şuranın Fəaliyyət Planı barədə məlumat verilib.
Tədbir zamanı Milli Məclis üzvləri ilə İctimai Şuranın fəaliyyəti üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və ictimai iştirakçılığın effektivliyinin artırılması istiqamətləri müzakirə edilib.



