Səkinə Babayeva Mediator Klubunun görüşündə iştirak edib
November 10, 2025İqtisadiyyat Nazirliyi yanında İctimai Şura Sahibkarlığın İnkişafı Fondu ilə birgə ictimai müzakirə keçirib
November 10, 2025Azərbaycan və Tatarıstan qadın sahibkarlarının əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva və Tatarıstan Respublikasının Dövlət Şurasının qadın deputatları — “Merhamat – Mercy” assosiasiyasının rəhbəri Alsu Nabiyeva, deputatlar Lyudmila Rıbakova və Rüzilə Timarqaliyeva arasında ikitərəfli dostluq görüşü keçirilib.
Görüşdə AQSİA üzvləri Pərvanə Mustafayeva, Aynur Musayeva, Aynur Hüseynova, Mədinə Paşayeva, Aida Kahveçi və Pərvanə Axundova iştirak edib. Tədbirdə iki ölkəni birləşdirən tarixi, mədəni və iqtisadi dəyərlər, həmçinin gələcəkdə qadın sahibkarların yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 17-ci bəndinə uyğun olaraq keçirilmiş, tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.



