Gəncədə sahibkarlar üçün hüquq və maliyyə-mühasibatlıq üzrə təlim görüşü keçirildi
November 10, 2025AQSİA nümayəndə heyəti TEMET-2023 sağlamlıq turizmi forumunda iştirak edib
November 10, 2025Üç qadın sahibkara biznes layihələrini inkişaf etdirmələri üçün maliyyə dəstəyi təqdim olundu
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının tərəfdaşı olduğu, KOBİA və Rabitəbank ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Biznesdə qadınların gücü” layihəsi uğurla başa çatıb. Layihə çərçivəsində üç qadın sahibkara bizneslərini inkişaf etdirmələri üçün 10 min manat həcmində maliyyə dəstəyi təqdim olunub.
Tədbirdə müvafiq qurumların nümayəndələri və layihə iştirakçıları iştirak edib. KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov qadınların iqtisadi inkişafda mühüm rolunu vurğulayıb, AQSİA İH sədri Səkinə Babayeva isə layihənin əhəmiyyətini və qadın sahibkarlara göstərilən dəstəyi qeyd edib.
Münsiflər Heyətinin qərarı ilə seçilmiş qaliblər arasında AQSİA üzvü Maya Səbzəliyeva (1-ci yer, 5000 manat), Fidan Kərimova (2-ci yer, 3000 manat) və AQSİA üzvü Günel Məmmədhəsənova (3-cü yer, 2000 manat) yer alıb. Tədbir çərçivəsində qadın sahibkarların məhsullarından ibarət kiçik sərgi də təşkil olunub.




