AQSİA heyəti İstanbulda Türk Dünyası Biznes Forumunda iştirak edib
November 10, 2025AQSİA “Robotex Türkiyə” çərçivəsində Naxçıvan və Bakı Regional Yarışlarının mentorluq təlimlərini tamamlayıb
November 10, 2025Tovuzdan gənc sahibkar xanımlar kooperativ təcrübələrini təqdim ediblər
1-3 sentyabr 2023-cü il tarixlərində Rusiyanın Nijniy Novqorod şəhərində “Gələcəyin Kooperasiyaları” forumu keçirilib. Forumun əsas məqsədi dünyada gənclərin ailə və fermer təsərrüfatlarının kooperativlər şəklində təşkilində fəallığının artırılmasıdır.
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə Tovuz rayonundan fəal üzvlər Vüsalə Əhmədova və Aygül Məsimova iştirak ediblər. Onlar Tovuz rayonunda “Qərb yenilikləri kooperativi” adlı fermer kooperativini yaradaraq forumda “Müasir Dövrdə Kooperativlərin İnkişafı” panelində çıxış ediblər.
Forumda iştirak edən nümayəndələr Rusiyanın müxtəlif şəhər və vilayətlərindən, Azərbaycandan və Mərakeşdən gənc sahibkar kooperativ rəhbərləri ilə təcrübə mübadiləsi aparıblar. Tədbir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 8-ci (Layiqli İş və İqtisadi Artım) və 17-ci (Davamlı İnkişaf Üçün Tərəfdaşlıq) bəndləri ilə uyğundur.



