İctimai Şura tikinti assosiasiyaları ilə görüşünü keçirib
November 10, 2025Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndəriblər
November 10, 2025Rəqəmsal dövrdə təsirli biznes və qadın sahibkarlığının inkişafı mövzuları müzakirə olunub


AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və assosiasiyanın bir sıra üzvləri 10-12 mart 2023-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən Beynəlxalq Qadın Sahibkarlar Sammitində iştirak edib.
Tədbir Əmirliyin İşgüzar Qadınlar Şurasının fəxri prezidenti, Ümumi Qadınlar Birliyinin prezidenti və Analıq və Uşaqlıq üzrə Ali Şuranın rəhbəri Şeyxa Fatimə bint Mübarəkin təşkilatçılığı ilə baş tutub. Sammitdə qadınların səlahiyyətlərinin artırılması, liderlik və sahibkarlığın təşviqi, rəqəmsallaşma, texnoloji çətinliklərin öhdəsindən gəlmək və davamlı biznesin qurulması mövzularında panel müzakirələri keçirilib.
AQSİA-nın regionlarla işin təşkili departamentinin direktoru Kəmalə Məmmədli, müxtəlif təhsil və biznes sahələrindən qadın sahibkarlar – Aynurə Hüseynova, Mədinə Paşayeva, Yeganə Bayramova, Taliyə Məsimova və Aynur Həsənova sammitdə fəal iştirak edib.
Tədbirin sonunda AQSİA-nın Ümumdünya Sahibkarlığının İnkişafı Assosiasiyasına üzvlüyü ilə bağlı BƏƏ-nin “İşgüzar Qadınlar Şurası” ilə memorandum imzalanıb. Sammit 600 iştirakçının qatıldığı və möhtəşəm qala şam yeməyi, gəzinti turları ilə yekunlaşıb.

