Regional Qadın Biznes Gündəliyinin inkişafı üzrə görüş yekunlaşıb
November 10, 2025Bakıda Mərkəzi Asiya Regional Qadın İqtisadi Gücləndirilməsi İşçi Qrupu çərçivəsində Regional Qadın Biznes Gündəliyi görüşü başladı
November 10, 2025Səkinə Babayeva və AQSİA üzvləri konfrans çərçivəsində Fəxri xiyabanda və Şəhidlər xiyabanında xatirə mərasimində iştirak ediblər
AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və bir sıra üzvlər aprelin 25-də “Gülüstan” sarayında keçirilən “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfransda iştirak ediblər. Tədbir Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə və “Sahibkarlar Günü”nə həsr olunub, İqtisadiyyat Nazirliyinin dəstəyi və KOBİA ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə reallaşıb. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli liderin, daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər. Tədbir dövlət himninin səslənməsi və bir dəqiqəlik sükutla açılıb və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarını, sahibkar birliklərinin nümayəndələrini əhatə edib.



