“Biznesdə qadınların gücü” layihəsi uğurla başa çatdı
November 10, 2025Regional Qadın Biznes Gündəliyinin inkişafı üzrə görüş yekunlaşıb
November 10, 2025Türkiyə ilə Avropa və Afrika ölkələri arasında sağlamlıq turizmi əməkdaşlığı müzakirə olunub
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və bir sıra üzvləri Türkiyənin Antalya şəhərində keçirilən TEMET-2023 forumunda iştirak edib. Forumun əsas məqsədi Türkiyənin sağlamlıq turizmindəki güclü infrastrukturunu Avropa və Afrika ölkələrinə tanıtmaq, ölkələr arasında sağlamlıq turizmi və əlaqələri inkişaf etdirməkdir.
AQSİA tərəfindən təşkil olunan səfər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Dayanıqlı inkişaf naminə tərəfdaşlıq” prinsipinə əsaslanıb. Səfərdə Gülər Cəfərova, cərrah mama-ginekoloq Ləman Əliyeva, professor və cərrah mama-ginekoloq Əziz Rəfibəyli, klinik-psixoloq Nuriyyə Quliyeva və dietoloq Ülkər Müslümova iştirak edib.



