Türk Respublikalarından Qadın Sahibkarlar Qaziantepdə “Kooperativ Sərgi”də Bir Araya Gəldi
November 10, 2025AQSİA “Sağlam Gələcək – Peyvənd həyat qurtarır” adlı sosial layihə həyata keçirib
November 10, 2025Dekabrın 28-də KOBİA-nın təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə 2023-cü ilin ən uğurlu sahibkarlarına “Dayaq” mükafatı təqdim olunub.


AQSİA İH sədri Səkinə Babayeva “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi tədbirində iştirak edib. 2023-cü il üzrə “Dayaq” mükafatının sahibkarlara təqdim edilməsi üçün dekabrın 28-də İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə tədbir keçirilib. Dövlət qurumlarının nümayəndələrinin, millət vəkillərinin, sahibkarların, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış ediblər. Çıxışlarda 2023-cü il ərzində ölkəmizdə sosial-iqtisadi sahədə, özəl bölmədə əldə olunmuş uğurlar, sahibkarların məşğulluğun təmin olunmasında rolu, növbəti illərdə iqtisadiyyat və sahibkarlıq sahəsində yeniliklər barədə məlumat verilib.
Tədbirdə 2023-cü ildə uğur qazanmış 14 sahibkara dövlət qurumlarının rəhbər şəxsləri tərəfindən müxtəlif nominasiyalar üzrə “Dayaq” mükafatı təqdim edilib. AQSİA adından KOBİA-nı və Dayaq mükafatçılarını təbrik edirik.

