Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım göndəriblər
November 10, 2025AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Özbəkistan-Azərbaycan Regionlararası Forumunda iştirak edib
November 11, 2025“47-ci Əl əməyi, göz nuru” sərgisi Avropa İttifaqı, UN Women və UNFPA-nın dəstəyi ilə baş tutub
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) 6-8 mart tarixlərində Bakıda “47-ci Əl əməyi, göz nuru” sərgisini təşkil edib. Sərgi Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən dəstəklənən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində keçirilib.
Sərgidə bijuteriyalar, toxunma məhsulları, çərçivələr, rəsm əsərləri, şam və digər dekorativ hədiyyələr nümayiş etdirilib və satışa çıxarılıb. Açılış nitqində AQSİA İdarə Heyətinin sədri vurğulayıb ki, assosiasiya hər il kiçik əl əməyinə dəstək məqsədilə belə sərgilər təşkil edir.
Millət vəkili Jalə Əhmədova çıxışında qeyd edib ki, bu cür satış yarmarkaları qadın sahibkarlığının inkişafına böyük töhfə verir. Sərgidə BMT Əhali Fondunun layihə üzrə meneceri Səbinə Manafova isə bölgələrdən gələn kiçik sahibkar qadınların belə sərgilərdə iştirakının onların biznesini genişləndirdiyini və yeni əlaqələr yaratmağa kömək etdiyini bildirib.
Sərgi çərçivəsində Qusar rayonundan gələn benefisiarlar üçün “xarıbülbül broşun hazırlanması” master-klası da təşkil olunub. AQSİA sərgidə iştirak edən hər kəsə və dəstək verən tərəfdaşlara təşəkkürünü bildirib.



