“Gənc Aqrosahibkarlar” layihəsi cənub bölgəsində gənc fermerləri dəstəkləyir
November 8, 2025Beynəlxalq Aqrar İnnovasiya Forumunda qadın sahibkarların rolu müzakirə olunub
November 8, 2025“AQSİA” üzvü Mətanət xanımın “Xarıbülbül” Keytrinq şirkəti ilə bölgədə qadın sahibkarlığın inkişafına yeni addım
23 may 2024-cü ildə Xankəndi şəhərində qadın sahibkarlara məxsus ilk müəssisə açılışı baş tutub.
Azərbaycanda Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının üzvü olan Mətanət xanım “Xarıbülbül” Keytrinq şirkətinin fəaliyyətə başlamasının rəsmi şəkildə açılış mərasimini elan edib.
Tədbirdə ilk olaraq Azərbaycanda Qadın Sahibkarlığı İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Xankəndində qadınların iqtisadi inkişaf etməsinin əhəmiyyətini vurğulayaraq ən qısa zamanda qadın sahibkarların bu torpaqlarda 30-dan çox istehsal sahəsi açmağa maraqlı olduğunu bildirib.
Qeyd edək ki, açılış mərasimində AQSİA üzvləri ilə yanaşı Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsinin əməkdaşları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərişıq və bir neçə özəl bankın nümayəndələri iştirak edib.


