“Təhsildə Sən 2” Forum və Sərgisi Keçirilib
November 8, 2025“Sahibkarlar Günü” və ASK-nın 25 illiyi münasibətilə konfrans keçirilib
November 8, 2025KOBİA və AQSİA-nın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə qadın sahibkarların qarşılaşdığı çətinliklər müzakirə olunub, onlara biznes planların hazırlanması və layihələrin icrasında dəstək göstərilməsi yolları təqdim edilib.

26 Aprel 2024-cü il tarixində KOBİA və AQSİA-nın təşkilatçılığı ilə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində kiçik sahibkarlıq subyektinə malik olan xanımlarla “Qadın sahibkarlığının inkişafında mövcud imkanlar,çətinliklər və perspektivlər” mövzusunda görüş keçirilib.
Görüşün məqsədi öz xanımların sahibkarlıq fəaliyyətində qarşılaşdığı çətinlikləri aradan qaldırmaq, sahibkarlığının inkişafında onlara dəstək olmaqdır.
Görüşdə KOBİA-nın Sumqayıt KOB dostu nümayəndəsi Etibar Əliyev,AQSİA İH sədri Səkinə Babayeva,ASK-nın Sumqayıt üzrə nümayəndəsi Şahin Məmmədov,Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi,Sahibkarlığın İnkişaf Fondunun aparıcı mütəxəssisi Qəzənfər Səfərxanlı,Operativ vergi nəzarəti idarəsinin vergi nəzərati tədbirlərinin təşkili və təhlili şöbəsinin rəisi Mehman Hüseynov,QTA-nın Abşeron regional bölməsinin qeydiyyat və sahibkarla iş sektorunun məsləhətçisi Toğrul Tağıyev,DTA-nın İşsiz şəxslərlə iş şöbəsinin baş mütəxəssisi Pərviz Əhədov və ADRA-nın icazə və razılaşdırma şöbəsinin müdiri Zaur Nəbiyev və şəhid xanımları iştirak edib.
Görüş zamanı AQSİA İH sədri Səkinə Babayeva xanımların üzləşdiyi çətinliklər, istədikləri dəstəyi təşkilatların nümayəndələrinə bildirib.Həmçinin layihəsi olan xanımlara, biznes planın qurulması,layihənin icra olunmasında köməklik göstərəcəyini qeyd edib.
Eyni zamanda AQSİA-nın üzvü olan,həmçinin zəfər kurslarının filial üzrə rəhbəri Sevinc Purkeştasib təhsil sektorunda diplomu olub,lakin işsiz olan xanımların işlə təmin olunması üçün dəstək olacağını qeyd edib.

