Bakıda “Könüldən Könülə Qardaşlıq Nəğmələri” Konserti Keçirilib
November 8, 2025“Təhsildə Sən 2” Forum və Sərgisi Keçirilib
November 8, 2025AQSİA təşkilatçılığı ilə keçirilən forumda sahibkar xanımlar liderlik və rəhbərlik xüsusiyyətləri, karyerada uğur üçün vacib bacarıqlar barədə ekspertlərdən məlumat alıblar
29 Aprel 2024 –cü il tarixində “İşgüzar 5 çay” adlı növbəti top forum keçirilib.
“ Lider,yoxsa Rəhbər? ” mövzusunda keçirilən forumda 20 sahibkar qadın , AQSİA İH sədri Səkinə Babayeva, Yelo Bankın İnsan kapitalının idarəedilməsi departamentinin direktoru Ziyatlı Məhbubə xanım və İnsan kapitalının idarəedilməsi departamenti , İşçi münasibətləri üzrə meneceri Arifə Qasımova iştirak edib.
Forumun keçirilmə məqsədi “lider və rəhbər necə olmalıdır?” , “hər rəhbər Lider ola bilərmi?”, “Lider ən vacib xüsusiyyətləri hansılardır?” kimi suallara sahibkar xanımlarla birlikdə diskussiya şəklində cavab tapmaq və onları gələcək karyeralarında rəhbər və ya lider olmağın çətinlikləri və üstünlükləri haqqında məlumat vermək idi.
Forumda Biznes təlimi üzrə Psixoloq Aidə Qasımova və Şüuraltı Terapiya üzrə mütəxəssis Aytən Hüseynzadə Lider və Rəhbər haqqında xanımları məlumatlandırmış, onların oxşar və fərqli xüsusiyyətlərini vurğulamış ,həmçinin sahibkar xanımlarla birlikdə müzakirələr əsasında lider və rəhbərin xarekterik xüsusiyyətlərini qeyd etmişlər.
Qonaqpərvərliyinə görə Yelo Bank rəhbərliyinə və komandasına ,həmçinin tədbirimizi xoş təamlarla gözəlləşdirən Mamam Bakery-ə təşəkkürümüzü bildiririk.


