AQSİA-nın Sədri Səkinə Babayeva İstanbulda Türk Ticarət Forumunda Çıxış Edib
November 6, 2025Azərbaycanda “Güclü İqlim, Güclü Qadınlar: Diplomatik İqtisadi Şəbəkə” görüşü keçirilib
November 6, 2025Tədbirdə dövlət rəsmiləri, AQSİA üzvləri və beynəlxalq qonaqlar iştirak edib, videomüraciət və konsert proqramı təqdim olunub.

ürkiyə Respublikasının yaranmasının 101-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsinin milli bayramı münasibətilə tədbir iştirakçılarına videomüraciəti izlənilib.
Çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bildirib ki, qlobal imkanlara çıxışı olan güclü, özünü təmin edən milli iqtisadiyyat türk xalqının ən böyük istəyidir. Diplomat bildirib ki, Türkiyənin məqsədi dünyanın 10 ən böyük iqtisadiyyatına malik olmaqdır. Onun sözlərinə görə, #ticarət və #iqtisadi əlaqələr bundan sonra daha da inkişaf edəcək və şaxələnəcək.
Rəsmi qəbulda Milli Məclisin deputatları, #dövlət və hökumət rəsmiləri,#AQSİA İH sədri Səkinə Babayeva və #AQSİA üzvləri, Vətən müharibəsi iştirakçıları və qaziləri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, #beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri, #media subyektlərinin nümayəndələri iştirak ediblər.
Tədbir ziyafət və konsert proqramı ilə davam edib.




