AQSİA #COP29 çərçivəsində “Bərpa Olunan Enerji Mənbələrinin Tətbiqinə Dair” interaktiv seminar təşkil edib
November 6, 2025AQSİA #COP29 Çərçivəsində Bərpa Olunan Enerji Mənbələrinin Tətbiqinə Dair Interaktiv Seminar Keçirib
November 6, 202521 noyabr 2024-cü il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (#AQSİA) və AZPROMO dəstəyi ilə təşkil olunan forumda bərpa olunan enerjinin #gənclər, #sənaye və #kənd təsərrüfatı sektorundakı rolu müzakirə edilib. Forum çərçivəsində paneldə Omanın Mədəd Gənclərin İnkişaf Təşkilatının həmtəsisçisi Hafidh Ali Saleem Al Shukairi, Bərpa Olunan Enerjilər və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi və Beynəlxalq Qadın Klubunun direktoru Rajani Chandra Mello iştirak ediblər. Tədbir, 15-17 noyabr tarixlərində #COP29 Yaşıl Zonada interaktiv seminarlarla davam edən layihənin yekunu olub.

21 noyabr 2024-cü il tarixində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMOdəstəyi ilə “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan #enerji mənbələrinin təşviqi” adlı forum təşkil olunub.
Forumda #AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva ilə yanaşı Omanın Mədəd Gənclərin İnkişaf naminətəşkilatının həmtəsisçisi və prezidenti Hafidh Ali Saleem Al Shukairi, Bərpa Olunan Enerjilər və Enerji Səmərəliliyi üzrə Ərəb Platformasının prezidenti Kamel Esseghairi, Beynəlxalq Qadın Klubunun direktoru Rajani Chandra Mello panel müzakirəsində bərpa olunan enerjinin #gənclər, #sənaye və #kənd təsərrüfatı sektorundan əhəmiyyətindən bəhs ediblər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi -nin birgə maliyyələşdirdiyi layihə 15-17 noyabr tarixlərində #COP29 Yaşıl Zonada müxtəlif pavilionlarda interaktiv seminar şəklində həyata keçirilib.

