AQSİA komandasının 3 gün ərzində Nabran, Quba və Qusar rayonlarında işgüzar səfəri
September 29, 2025Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “İqlimə Davamlı Aqrobiznes: Strategiyanın, investisiyanın və siyasətin uzlaşdırılması”
October 10, 20252 oktyabr 2025-ci il tarixində “Bakı KOB evi”ndə “Tikintiyə və istismara icazələrin alınması üçün tələb olunan vaxt və xərclər” mövzusunda ictimai müzakirə keçirilib.

Tədbir KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Sahibkarlar Konfederasiyasının dəstəyi ilə baş tutub.
Müzakirələrdə qanunvericilik, rəqəmsallaşma və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi əsas mövzu olub.
Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov və KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev çıxış ediblər.
Tədbirdə AQSİA-nın İH sədri Səkinə Babayeva da iştirak edib.




