Kids Academy-də maarifləndirici Tea Talk tədbiri baş tutdu
October 10, 2025Bangkokda CİCA üzv dövlətlərində qadın sahibkarlığının gələcəyi müzakirə olundu
October 10, 202512 sentyabr 2025-ci il tarixində “She Builds Green: Qadın Sahibkarların Azərbaycanda İqlim Dayanıqlığına Töhfələri” adlı konfrans baş tutub

Tədbir gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində beynəlxalq səviyyədə tanınmış, strateji yanaşmaları və zəngin təcrübəsi ilə seçilən Şəms Mustafayeva – Sustainable Transitions Consulting təşkilatının həmtəsisçisi və Gender və Ətraf Mühit üzrə rəhbəri, layihə rəhbəri Xalisə Şahverdiyeva, eləcə də Deloitte Consulting şirkətinin Su, Enerji və Dayanıqlılıq üzrə eksperti və aparıcı məsləhətçisi Jeanene Mitchell-in açılış nitqləri ilə başlayıb.
Konfrans çərçivəsində keçirilən “İqlim dayanıqlılığı və dayanıqlı biznes alətləri” mövzusunda ekspertlər panelinə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İcraçı direktoru Jalə Hacıyeva moderatorluq edib.
Panelin məruzəçiləri sırasında Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Biznes TV-nin həmtəsisçisi və “Insun Yaşam Mərkəzi”nin təsisçisi Nigar Ələsgərova, eləcə də EduHub təşkilatının təsisçisi Gülnarə İsmayılova yer alaraq öz təcrübə və praktikalarını bölüşüblər.
Ekspertlər qadın sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə və davamlı inkişafın təşviqində oynadığı rol, yaşıl texnologiyaların biznesdə tətbiqi, resursların səmərəli idarə olunması və innovativ yanaşmaların əhəmiyyəti barədə fikirlərini səsləndiriblər. Tədbirdə həmçinin qadınların iqtisadi fəallığının artırılmasının ətraf mühitin qorunmasına və sosial rifahın gücləndirilməsinə verdiyi strateji töhfə xüsusi vurğulanıb.
Konfransda 60-dan çox qadın sahibkar və müxtəlif sektorlardan nümayəndələr iştirak ediblər. Görüş qadınların biznesdə iqlim dayanıqlılığındakı rolunun gücləndirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib. İştirakçılar bu təşəbbüslərin davamlı xarakter daşıması ilə bağlı təkliflərini də irəli sürüblər.




