AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO
img

Səkinə Babayeva

Təsisçi, İdarə Heyətinin Sədri

Babayeva Səkinə Rəşid qızı. 1964-cü ildə, Zəngilan rayonunda anadan olub. 1982-1987-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakultəsini bitirib. 1982-ci ildə N.Nərimanov adına Bakı Trikotaj İstehsalat Birliyində sarıyıcı olaraq işə başlayıb. Daha sonra müəyyən dövrlərdə Baş mühasib, İqtisadçı mühəndis, Baş mühasibin müavini, İdarə Heyətinin Sədr müavini, İdarə heyətinin Sədri vəzifəsində çalışıb.  Fəaliyyətə başladığı dövrlərdən bir sıra ictimai fəaliyyətlə məşğul olub. Belə ki, 1982-ci ildə 26 Bakı Komissarı rayon Komsomol Gənclər Təşkilatının üzvü seçilib. 1991-ci ildə Binəqədi rayonu 202 saylı məntəqənin sədri, 1995-ci ildə N.Nərimanov rayonunun 19 saylı dairənin 9 saylı məntəqəsinə Sədr seçilib. 2006-cı ildə gənclərin  Heydər  Əliyev ideyaları ruhunda tərbiyyə olunmasında və əhaliyə göstərdiyi yüksək xidmətlərimə görə «Sədaqətli ƏLİYEV» fəxri diplomu ilə təltif olunub. 1997-ci ildə N.Nərimanov rayonu  YAP qadınlar Şurasının Sədr müavini işləyib. Həmin müddət ərzində Komitədə təşkil edilmiş xeyriyyə işlərində çalışaraq ehtiyyacı olanlara yardım  edib, qocalar evində ziyarətçilik, qaçqınlar və köçkünlər Komitəsi ilə iş prinsipləri quraraq, geyim malları ilə təmin edib . 2010-cu ildən YAP-nın 18 saylı Nərimanov və Nizami Seçki dairələrindən Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülüb. 2010-cu ildə Şuranın təşkil etdiyi xeyriyyəçilik tədbirlərində göstərdiyim dəstəyə və fəal iştirakıma görə Cəmiyyətin sədri tərəfindən Fəxri Diplomla təltif olunub. «İlin xeyriyyəçisi» kimi Binəqədi Rayon İcra Hakimiyyətinin tədbirlərində yaxından iştirak edir. Rayon ictimai heyətində fəal iştirakıma görə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ildə Fəxri Diplomla təltif  olunub. Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 08.03.2017 ci ildə 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Tərəqqi ” medalı ilə təltif edilib. 2011-ci ildən bugünə kimi  “Bakı Tekstil Fabriki”MMC-nin Təsisçisi, Direktorudur. 2014-cü ilin may ayından bugünə kimi, Binəqədi rayonu YAP-nın Qadınlar Şurasının Sədr müavinidir. 2017-ci ilin iyul ayından bugünə kimi, Tekstil istehsalçıları və tekstil ixracatçıları assosiasiyasının vitse-prezidentidir. 2017-ci ilin oktyabr ayından bugünə kimi, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasının idarə heyətinin sədri vəzifəsini icra edir. 2018-ci il 19 dekabrdan, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında  idarə heyətinin və rəyasət heyətinin üzvüdür.

Əsasnamənin skan versiyası

Baxmaq