AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Üzvlük qaydaları

“AQSİA”-nın üzvlərinin etik davranış qaydaları davranış normalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyənləşdirir.

Bu qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Qanunlarına, Sahibkarlıq haqqında qanunvericiliyə uyğun olaraq hazırlanmışdır.

AQSİA üzvü öz fəaliyyətində insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət etmək qanunçuluq, humanizm və digər demokratika prinsiplərə, yüksək etik davranış normalarını rəhbər tutaraq bu qaydalara əməl etməyə borcludur.

Həmin “AQSİA”-nın üzvü fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı, onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə yol verməməlidir.

“AQSİA”-nın üzvü hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

“AQSİA”-nın üzvü onun sahibkarlıq fəaliyyətinə aid olmadığı hallarda digər dövlət orqanlarının, onların rəhbərlinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onları fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.

“AQSİA”-nın üzvü hər bir şəraitdə şərəf və ləyaqətini qorumalı, sahibkarlıq fəaliyyəti ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə onun işgüzar nüfuzuna aşağı sala biləcək hərəkətlərə yol verilməməli, hər hansı etik normaların pozuntusu təsiri bağışlayan hərəkətlərdən çəkinməlidir. Açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.

“AQSİA”-nın üzvü ünsiyyətdə olduğu bütün şəxslərə, o cümlədən yuxarı rəhbəri, həmkərları və ya tabeliyində olan şəxslərlə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır.

“AQSİA”-nın üzvü peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

“AQSİA” üzvü səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.

“AQSİA”-nın üzvü qadın sahibkarların fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada doğru məlumatlar almasına köməklik göstərməlidir.

“AQSİA”-nın üzvü rəhbərliyin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. Qanuni rəhbər göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. “AQSİA”-nın üzvü ilə bağlı dövlət tədbirlərində iştirakı barədə əvvəlcədən rəhbərliyə məlumat verməlidir.

“AQSİA”-nın üzvü istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitindən, rabitə, kompyuter və kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

“AQSİA”-nın üzvü öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun üzvülük fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir.

Etik davranış qaydalarına əməl olunmasına nəzarət Assosiasiyasının rəhbərliyi tərəfindən müəyyən olunmuş şəxslər tərəfindən həyata keçirilir.

“AQSİA”-nın üzvü etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üçün tədbirlər görməlidir.

“AQSİA”-nın üzvlərinə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyyələr verilməlidir.

“AQSİA”-nın rəhbərliyi tərəfindən etik davranış qaydalarının pozulması halları ilə bağlıə həyata keçirilmiş tədbirlər barəsində maraqlı tərəflər məlumatlandırılmalı, etik davranış qaydalarının pozulması nəticələrinin aradan qaldırılması, habelə Assosasiyaya ictimasi etimadın artırılması üçün tədbirlər görməlidir.

“AQSA”-nın üzvü hüquqi və fiziki şəxslər həmkərlarına bütün sahələrdə, yardım göstərməli və onları dəstəkləməlidir.