AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Sədrin Müraciəti

 

Məlumat üçün bildirək ki, "Bakı Tekstil Fabriki" MMC-nin sədri Səkinə Babayeva assosiasiyanın idarə heyətinin sədri seçilib. Sahibkar Qadınlar Assosiasiyasının yaradılması Azərbaycan qadınlarının ictimai həyatda rolunun artmasına xidmət edəcək.

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, belə bir assosiasiyanın yaradılması qadınların iqtisadi baxımdan güclənməsinə səbəb olacaq. Qadınların iqtisadi cəhətdən güclənməsi onların zorakılığa müqavimətini artıracaq. Bu sahədə potensialı olan qadınları irəli çəkmək, onlara dəstək vermək çox yaxşı olar.

M.Zeynalovanın sözlərinə görə, hazırda Azərbaycanda sahibkar qadınların sayı az deyil. Sadəcə, kapital sahibi olan sahibkar qadın, demək olar ki, Azərbaycanda yoxdur:

"Sahibkar adı ilə qeydiyyatdan keçmək sahibkarlıq demək deyil. Etiraf etmək lazımdır ki, bizim biznes ledilərimiz var. O ledilər sahibkarlıq sahəsində müəyyən işlər görürlər. Ancaq dünya üzrə sahibkar ledilərimiz yox səviyyəsindədir. Ümid edirəm ki, yeni yaranan assosiasiya sayəsində sahibkar qadınlarımızın adı beynəlxalq səviyyədə tanınar”. Həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar, əslində, xırda sahibkarlardır. Bu hal bizdə yeni bir tendensiyadır: "Bu baxımdan yaxın müddət ərzində qadın milyonerlərimizin sayının artacağını gözləmək düzgün deyil. Bəllidir ki, hər zaman pul kişilərin əlində olub. Son 20 il ərzində isə qadınlar artıq pula sahib olurlar və sahibkarlıqla məşğul olmağa başlayırlar.Arzu edirəm ki, qadınlarımız kiçik və orta sahibkarlıqdan böyük biznesə doğru inkişaf etsinlər. Kiçik sahibkarlıqdan böyüyə yüksəlsinlər".

Birlik sədri onu da bildirdi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə bəzən maneçilik törədilir: "Sahibkarlıq bacarığı olan qadınlara əsasən xanımın maddi gəlirinin artacağından qorxan kişilər mane olur. Digər səbəb isə sahibkar bacarığı olan, lakin kapitalı olmayan qadınlardır. Həmçinin, bəzi qadınlar sahibkarlıq fəaliyyətinin elmi əsasları və onun nəzəri biliklərini bilmirlər. Sadəcə, bu sahədə məşğul olmaq istəyirlər”.