AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Sahibkar necə olum ?

Məşğul olmaq istədiyiniz biznes növünü müəyyənləşdirin və onun barəsində daha çox məlumat əldə etməyə çalışın. Potensial müştəriləriniz, rəqibləriniz, lisenziya və vergi şərtləri haqqında məlumatları dərin şəkildə təhlil etməklə daha çox təcrübəyə sahib olmaq lazımdır. Gələcək şirkətinizin təşkilati-hüquqi formasını müəyyənləşdirərək, şirkətinizi müəyyən edilmiş qaydalara uyğun şəkildə qeydiyyatdan keçirmək vacib amillərdən biridir. Hərtərəfli fəaliyyət planı hazırlayın və icra edəcəyiniz işlərin siyahısını bu plana daxil edin ki, ehtiyac duyduğunuz işçilərin seçimi zamanı işçi heyətinin seçilməsini və işə qəbul edilməsi daha asan olsun. Müvafiq təşkilatlara müraciət edərək, lazımi icazələri və icazəni nümayiş etdirən sənədləri əldə edə bilmək üçün şirkətinizə ad seçərkən diqqətli olun. Şirkətiniz, təklif etdiyiniz məhsul və ya xidmətlər haqqında məlumatların yer aldığı materiallar nəşr etdirin. Çalışın şirkətinizi, məhsullarınızı, xidmətlərinizi və işçi heyətinizi düzgün şəkildə və yüksək səviyyədə reklam etməyi bacarasınız.