AZ EN RU

"Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası" İctimai Birliyi

IMG-LOGO

Məqsəd və vəzifələr

 

Birliyin məqsədi müasir Azərbaycanın milli iqtisadiyyatında qadın sahibkarlığının müxtəlif biznessahələri üzrə iqtisadi təşəbbüskarlığının artırılması və potensialının gücləndirilməsi, onların maraqlarının qorunması, ən qabaqcıl təcrübənin yayılması, fəaliyyəti və məşğul olduqlarısahələrin davamlı inkişafının dəstəklənməsi, xidmətlərinin göstərilməsində şəffaflığın və cavabdehliyin təminatı, səmərəli kollektiv fəaliyyətin təşviq edilməsinə kömək etməkdən ibarətdir.Məqsəd və məramlarına çatmaq üçün Assosiasiya aşağıdakı prinsipləri dəstəkləyir və təşviq edir:

a)      İqtisadi inkişafa dəstək verməklə ölkənin inkişafına kömək etmək;

b)     Qadın sahibkarlarının Kiçik və Orta Sahibkarlar(KOS-lar) arasında geniş təmsilçiliyinin sosial-iqtisadi və məşğulluğun təmin olunması baxımından faydalarını qarşılıqlı şəkildə təqdim etməklə, ədalətsiz rəqabəti kəskin şəkildə kənarlaşdırmaq və onlarla mübarizə aparmaqla əsl rəqabəti təşviq etmək;

c)      Davamlı inkişafa əsaslanan mühiti qorumaq.

 

2.2 Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

a)      Xidmətləri, ən yaxşı təcrübəni və yüksək standartları təşviq etmək;

b)     Öz üzvlərinin maraqlarını dəstəkləmək və qorumaq;

c)      Etik prinsiplərə əsaslanan xidmətləri təmin edən biznes icmasını maarifləndirmək və inkişaf etdirmək;

d)     Qadın sahibkarlarının kiçik və orta sahibkarlıq sahəsində ən qabaqcıl təcrübə barədə informasiyasının toplanması və yayılması istiqamətində fəaliyyət göstərmək;

e)      Qadın sahibkarlarının xidmətləri üzrə Azərbaycanla bağlı informasiyanı toplayıb dərc etmək;

f)      Azərbaycanda qadın sahibkarlarının xidmətləri təşviq olunması üçün seminarlar və konfranslar təşkil etmək;

g)     Qadın sahibkarların fəaliyyət göstərdikləri sektorlarda maraqlarını qorumaq.